Bu gün Azərbaycan çempionatının 1-ci divizionunda 24-cü tura start verilib.
Sportal.az xəbər verir ki, "Rəvan" - "Qaradağ Lökbatan" (1:1) matçında ev sahibi komanda 76-cı dəqiqədə (Vüsal Qarayev) hesabı açdıqdan sonra onun rəqibi "Qaradağ Lökbatan" bu qola kəskin şəkildə etiraz ediblər. Onlar həmin qolun oyundan kənar vəziyyətdə vurulduğunu iddia ediblər. Qarşılaşmanın baş hakimi Elvin Əsgərov olub.
Həmin mübahisəli epizodun görüntüsünü təqdim edirik: