Nurlan Novruzov: "Kim belə düşünürsə, gəlsin bir penaltiyə yaxın dursun və nə hissləri yaşadığını görsün"
"Bakı"nın hücumçusu Nurlan Novruzovun Sportal.az-a müsahibəsi:
- "İnter"ə 2:1 hesabı ilə məğlub oldunuz. Qarşılaşma haqda nə deyə bilərsən?
- Son iki oyunda məğlubiyyətdən qaçırdıq, bu oyunda da çempionatın iddialı komandalarından biri ilə oynayırdıq. "İnter"lə oyunda hər zaman ehtiyyatı əldən veririk. Bu da başa düşüləndi, əgər açıq oynasaq, qapımızda çox qol görərik. oyuna yaxşı başladıq, amma ani bir səhvdən rəqib bizi cəzalandırdı. İlk hissənin sonunda 2:1 hesabı ilə məğlub olduq. Məncə, layiqli olan qələbə qazandı, bir xal qazansaydıq, bizim üçün uğur olardı.
- Növbəti qolunu vurub şəriksiz bombardir oldun..
- Qol vursam da, heç sevinmədim. İnşallah çalışacam bu yerimi sona qədər qoruyacam Meydanda qol vurmaqdan çox komandama kömək olmaq üçün çalışıram.
- Hər qolu vurduqdan sonra çılğın şəkildə qol sevincini yaşayan Nurlan Novruzov bu dəfə səcdə edərək qolu qeyd etdi. bunun xüsusi bir səbəbi var?
- Hər zaman qolu məşqçilər heyəti və komanda ilə bölüşürdüm. İlk qolum idi ki, bu tərzdə qeyd etdim. Çünki bu günki gündə mənə qarşı böyük haqsızlıqlar ola-ola Allah əziyyətimin qarşılığını artılqaması ilə verir. Məhz elə buna görə də, yaşıl meydanda səcdə edim deyə bir hiss yarandı.
- "Qəbələ"dən başqa bütün komandalara qol vurmusan..
- Əlimdən gələni edəcəm ki, "Qəbələ"yə qol vurum və bu rekorda imza atım. Amma xeyirlisi nədirsə, o, olsun.
- Bəziləri Nurlan Novruzovun qolların çoxunu penaldan vurduğunu düşünür...
- Kim belə düşünürsə, gəlsin bir penaltiyə yaxın dursun və nə hissləri yaşadığını görsün. Çox təcrübəli oyunçular penalti qaçırır, bu işi dəqiq yerinə yetirmək heç də asan deyil. Digər bir tərəfdən 13 qolumda cəmi 4 dəfə penaldan fərqlənmişəm. Məncə, bu da normaldı.
- Sanki Zeynal Məmmədovun gəlişindən sonra, komandada ab-hava düzəlib?
- Zeynal müəllim daima "Bakı"nın uğurlarında pay sahibi olan adamdı. Komanda olaraq hiss edirik ki, arxamızda rəhbərlik dayanıb. Komanda üzvlərində özünəinam geri qayıdıb, diqqətlə "Bakı"nın oyunlarına baxsanız, görərsiniz son oyunlarda komandada çox inkişaf var. Komandaya 2-3 təcrübəli legoner transfer olsa, "Bakı" avrokuboklar üçün oynayar. Ən böyük istəyim "Bakı"nın yenidən iddialı komanda olması və köhnə imicini geri qaytarmasıdı. Hər şey Hafiz müəllimin əlindədi, o insan komandanı bütün dünyaya tanıtdı. İnanıram ki, "Bakı" bundan sonra da böyük klub olaraq tanınacaq
saytlarin hazirlanmasi