Qeyrət Əliyev: "Amma etmədiyim bir şeyi mənə həsr etmək olmaz"
Bir neçə gündür mətbuatda "Bakı"nın futbolçusu Qeyrət Əliyev haqqda müəyyən fotolar və informasiya yayımlanır ki, futbolçu 250 km/saat sürətlə maşın sürür və öz gücünü yolların üzərində sınadığı haqda iddialar yayımlanır.
Qeyrət Əliyev isə bu yayılanlara Sportal.az-a açıqlamasında reaksiya verdi:
"Bəli, bu xəbəri bir çox saytda oxumuşam, kimsə öz işinə laqeyd yanaşıb və onun bir səhvinə görə hər kəs məni elə qələmə verib ki, guya mən elə hərəkətlər eləmişəm. Videoya baxdıqda açıq-aydın görünür ki, o videodakı kupe (ikiqapılı) maşındı, mən də isə 4 qapılıdı. Model eyni olsa da, fərqli maşındı. Bu da göz qabağındadı, əgər elə bir şey etmişəmsə, bunu danmaram. Amma etmədiyim bir şeyi mənə həsr etmək olmaz.
Hətta yazılır ki, bu "Real"da oynasa nə edər?. Birincisi, bu maşını 3 ildi sürürəm, bunun komanda ilə bir əlaqəsi yoxdu, bu maşın da mənə hədiyyədir, digər tərəfdən məni tanıyan tanıyır. Elə yazılar heç kimin mənə qarşı olan fikrini dəyişə bilməz. Həmin bunu yazan jurnalistlərə sözüm odur ki, sənətimizdən asılı olmayaraq hamımız insanıq. Kimsə barədə nəsə yazanda maraqlanıb araşdırar, ondan sonra doğrudursa, yazsın. Əgər mənim üçün doğru bir informasiya yazsalar, razı olaram. İstəməzdim ki, minlərlə adam kiminsə səhvindən məni belə tanısın. Kimlərsə maşın nələrsə ola bilər,mənim üçün isə adi dəmir parçasıdı. Yəni, maşınla tirpaşlanacaq qədər aciz deyiləm.
Sonda isə onu qeyd edim ki. elə bir insanın komandasında oynayıram ki, söhbət vəzifədən yox, insanlıqdan gedir. Hafiz müəllimin necə sadə olduğu hamıya məlumdu, yəni öz tərli futbolçularını öpüb qucaqlayan adamdı. Mən onun komandasına belə hərəkətlər edib söz gətirəcək adam deyiləm. Və əsl də təkəbbürlü insanları Allah sevməz, ona görə də belə şeylər mənə yaraşmaz. Sizə də məsələni araşdırdığınız üçün təşəkkürümü bildirirəm".
saytlarin hazirlanmasi