SON DƏQİQƏ "Qarabağ"ın zədəlisindən şad xəbər, məşqlərə başlayıb

15:22 - 19 Aprel 2015

Şans veriləcəyi təqdirdə...

 

Ölkə kubokunun 1/2 final mərhələsində "Simurq"la ilk matçı zədə səbəbindən buraxmalı olan "Qarabağ"ın futbolçusu Vüqar Nadirov zədəsini sağaldıb.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, Nadirov artıq fərdi məşqlərə başlayıb və aprelin 21-i keçiriləcək "Simurq" - "Qarabağ" matçında baş məşqçinin şans verəcəyi təqdirdə meydana çıxa biləcək.

 

Qeyd edək ki. klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov da bu xəbəri təsdiqləyib.

Xəbər xətti