"Həmin ana kimi hakim tərəfindən çox sıxılırdıq"
I Divizionun 24-cü turunda baş tutan "Rəvan" - "Qaradağ Lökbatan" (1:1) matçında baş tutan qalmaqal haqda məlumat vermişdik.
Baş verənlərlə bağlı "Qaradağ Lökbatan"ın prezidenti Tahir Mustafayev hakim idarəçiliyi və baş hakim Elvin Əsgərov haqda öz fikirlərini Sportal.az-a açıqlamasında münasibət bildirib:
"Bundan əvvəl də Elvin Əsgərov 3 oyunda bizim qarşılaşmalarımızı idarə etmişdi. Həmin oyunların birində də ona sübut etdim ki, bizim lehimizə 1 penaltini vermədi. Bu da onun idarə etdiyi 4-cü oyun idi və bu oyunların heç birində biz qalib gələ bilməmişik. Bu necə olur? Komanda meydanı tərk edib geri qayıtdıqdan sonra tam fərqli idarəçilik oldu, ilk 75 dəqiqədə hakimin fiti susmurdu, lakin sonra elə bil hakim fitini itirir.Bundan sonra da gözəl oyun getdi və sürətli qarşılaşma izlədik".
Klub prezidenti PFL-in yaydığı kadr , Elvin əsəgərovun təyinatı və şikayət olunub-olmaması haqda da münasibət bildirib:
"Fikrimcə, həmin oyundakı səhv qərar verilmiş epizodları da video şəkilində yaysaydılar, daha yaxşı olardı. İlk olaraq bir az aqressiv davrandı və meydanı tərk etdik. Lakin komandanı razı saldım ki, meydana qayıtsın. Həmin ana kimi hakim tərəfindən çox sıxılırdıq və bu epizod da komanda üçün "partlayış" oldu. Oyun epizodlarında da bizə qarşı qərarlar verilirdi.
Elvin Əsgərov bundan əvvəlki oyunda da demişdi ki, sizin oyunlarınıza təyinat alsam, imtina edəcəm, lakin bu oyun yenə də baş hakim o oldu. Bu idarəçiliklə bağlı nə PFL, nə də Hakimlər Komitəsinə şikayət etməyəcəyik. Doğrudu, "Rəvan"ın qol vurduğu epizodda ofsayd yox idi, təmiz qol idi".
saytlarin hazirlanmasi