"Biz futbolçunun Avstriyada baxışda olduğunu və hətta komanda ilə səfər getdiyini bilirdik"
"Düzdür, Muharremoviç bizə qarşı 2011-ci ildə iddi qaldırıb. Həmin vaxt o klubdan 80 min dollar təzminat istəyib. Lakin onun tələb etdiyi məbləğə klub rəhbərliyi tərəfindən heç kim imza atmayıb”.
Bu sözləri Sportal.az-a açıqlamasında “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.
O, bosniyalı futbolçu Veldin Muharemoviçin “Xəzər Lənkəran”dan şikayə etməsi və FİFA-nın ona görə cənub klubuna transfer qadağası qoyması ilə bağlı xəbərlərə münasibət bildirib:
“Biz futbolçunun Avstriyada baxışda olduğunu və hətta komanda ilə səfərə getdiyini bilirdik. Amma sonda baş məşqçi ondan imtina etdi. FİFA da onun maddi iddiasını təmin etmədi. O ki qaldı, transfer qadağasına, belə bir şey olduğu halda FİFA öz saytında rəsmi məlumat yayır. Necə ki, keçən il “Barselona”, “Roma” və “Çelsi ”yə qoyulan qadağalar haqqında məlumat yayılmışdı. Veldin Muharemoviçlə bağlı belə bir açıqlama və ya məktub olmayıb. Üstəlik qeyd olunur ki, klubun gəncləşdirmə siyasəti qadağa ilə eyni vaxta düşüb. Məncə, qadağaya görə legionerləri göndərmirlər, komandada saxlayırlar. Əgər biz transfer edə bilməyəckdiksə, əlimizdəki legionerləri heyətdə saxlayardıq”.
saytlarin hazirlanmasi