"İnter"lə matçda şou göstərən qapıçı: "Bu günü çoxdan gözləyirdim" MÜSAHİBƏ+FOTOLAR

14:04 - 20 Aprel 2015

"Karyerama burada davam etmək istəyirəm"

 

"Bakı"nın gənc qolkiperi Elxan Əhmədovun Sportal.az-ın suallarını cavablandırıb.

 

- Premyer Liqanın son turunda keçirilən “İnter”lə matçda penaltini və ardınca 3 zərbəni dəf etməklə diqqət mərkəzinə düşdün. Bu haqda düşüncələrin?

- Bu günü çoxdan gözləyirdim. Həmin oyuna qismət oldu. Penaltidən sonra vurulan 3 zərbə ani oldu. Qol olmadığına görə çox sevincliyəm.

 

- Mövsümün sonunda komandadan ayrılmaq istəyirsən? Yeni təkliflər var?

- Mövsümün sonu haqda danışmaq hələ çox tezdi. Qarşıda 5 oyunumuz var. Şəxsən özümə heç bir təklif olunmayıb. Çox istəyərdim ki, “Bakı” bu çətin vəziyyətdən çıxsın və karyerama burada da davam edim.

 

 

- “Bakı”dakı probemlərin öz həllini tapması üçün səncə ən əsası nə lazımdı?

- Problemlərin həllini tapması üçün nə lazımdı onu deyə bilmərəm. Bunu klub rəhbərliyi daha yaxşı bilər. Bizə səbrli olub öz oyunumuzu oynamaq qalır. İnşallah hər şey yaxşı olacaq.

 

 

- Belə bir söhbətlər gəzir ki, “Bakı” mövsümün sonunda Premyer Liqanı tərk edə bilər...

- Turnir cədvəlinə baxanda bunu deməyə əsas var. Amma, Hafiz müəllimin Azərbaycan futbolu üçün etdiklərini fikirləşəndə klubun Premyer Liqada qalacağına inanmaq olur.

 

 

- “Bakı” bu mövsüm sonuncu pillədə qərarlaşması ilə bərabər liqada ən çox qol buraxan komandadı. Düzdü, hamısı sənin adınla bağlı olmasa da, bir qapıçı olaraq bu barədə düşüncələrin?

- Komandanın heyətinə baxsaz gözrərsiz ki, yarıdan çox futbolçu Premyer Liqada ilk dəfədi çıxış edir. Buna görə də, təcrübəsizlik səhvlərə yol açır. Çox qol buraxmağımızın səbəbi məncə budu. Nəticələrdən asılı olmayaraq bu oyunlar bizim kimi gənclər üçün çox önəmlidir. Çünki, bu oyunlarla biz gələcəyimiz üçün çox şey qazana bilərik.

 

 

- Növbəti turda daha bir gənclərdən təşkil olunan komanda “Xəzər Lənkəran”la matçınız var. Bu oyundan gözləntilərin?

- Biz bundan sonra hər oyuna qələbə üçün çıxacağıq. İtirəcək heçnəyimiz yoxdu. “Xəzər Lənkəran”la oyunda da qələbə qazanmağımız üçün əlimizdənm gələni edəcəyik.

 

 

Orxan Həsənquliyev

Xəbər xətti