Çərçivə Elşən Poladova etibar olunacaq
Bu gün saat 19:00-da Azərbaycan kubokunun 1/2 final mərhələsinin cavab matçında "İnter" "Neftçi"ni qəbul edəcək.
Sportal.az xəbər verir ki, "İnter"in kapitanı və əsas qolkiperi Səlahət Ağayev cəzalı olması səbəbindən bu matçı buraxmalı olacaq. Komandanın ikinci qapıçısı Georgi Lomayanın çiynində çat aşkarlanıb. Bu səbəbdən çərçivə 3-cü qapıçı Elşən Poladova etibar olunacaq.
saytlarin hazirlanmasi