Qurban Qurbanov: "Futbolçularda psixoloji, fiziki yorğunluq vardı"

20:34 - 21 Aprel 2015

"Ola bilsin ki, "Neftçi" ilə çempionat oyununda da belə olsun"
 
Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşləri çərçivəsində ilk oyun Zaqatalada keçirildi. “Simurq”la üz-üzə gələn “Qarabağ” 0-0 hesabı ilə bitən matçın ardından iki oyunun nəticəsinə görə finala adladı. 
 
Sportal.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyun haqda bunları bildirib:
 
“Tam olaraq, nəticə üçün oynadıq. Ağır bir səfərə çıxmışdıq. Futbolçularda psixoloji, fiziki yorğunluq vardı. Futbolçuları təbrik edirəm ki, xarakter göstərdilər. Azarkeşlərimizi təbrik etmək istəyirəm. “Simurq” barədə isə ancaq xoş sözlər söyləyə bilərəm. Bir zaqatalalı olaraq, baş məşqçi George Çixradzeyə “sağ ol” deməliyəm.
 
Qismət belədir. Biz yolumuza davam edirik. Oyunçularım qarşıdakı matçlarda da xarakter nümayiş etdirməlidirlər. Hiss elədiniz ki, “Simurq”la oyunun son dəqiqələrində sürət zəiflədi. Ola bilsin ki, “Neftçi” ilə çempionat oyununda da belə olsun. Çünki yorğunluq var”. 
 
Qeyd edək ki, ilk oyun “Qarabağ”ın 1-0 hesablı qələbəsi ilə başa çatmışdı.

Xəbər xətti