"Bu elə hisslərdir ki, sözlə ifadə etmək çətindir"
"Çətin oyun oldu. Səhvlərimizdən qol buraxdıq. Halbuki, oyunun əvvəllərində "İnter" bizdən çəkinirdi. İkinci hissə hesabı qorumağa çalışdıq, ona görə də ehtiyyatlı oynayırdıq. İlk hissə biz güclü idik, ikinci hissə "İnter" yaxşı oldu, səbəb olaraq da biz müdafiəyə çəkildik".
Bu sözləri Sportal.az-a açıqlamasında "Neftçi"nin gənc futbolçusu Rahil Məmmədov bildirib. Məmmədov gənc futbolçu olmasına baxmayaraq son oyunlarda start heyətdə meydana çıxmasına da münasibət bildirib:
"Bu elə hisslərdir ki, sözlə ifadə etmək çətindir. Bu oyunda da oynadım və komandam finala çıxdı, çox sevincliyəm. Öz üzərimdə işləyib, əsas heyətdə yerimi möhkəmləndirməyə çalışacam. Məşqçilər heyətinə də mənə şans verdiyi üçün təşəkkürümü bildirirəm".
saytlarin hazirlanmasi