- “İnter” yaxşı oyun göstərdi. Bu oyunda məğlub olsaq da, əsas finala vəsiqə qazandıq.
- Fiziki hazırlıqla bağlı problemimiz vardı. Qısa müddət ərzində bu qədər oyun keçirmək asan deyil. Hardasa komanda da yorğunluq var. Bu da istər-istəməz oyunumza təsir edir. Ona görə müdafiəyə çəkildik ki, hesabı qoruyub saxlayaq.
- Bununla bağlı baş məşqçi ilə söhbətimiz olacaq. Fikrimcə, nəyisə dəyişmək lazımdır ki, eyni şeylər təkrarlanmasın.
- Açığı, çətin. “Qarabağ”a qol vurmağımız lazım gələcək. Finalda işimiz asan olmayacaq. Amma bizim bu oyuna yaxşı hazırlaşmağımız üçün kifayət qədər vaxtımız var.
- Bu, final öncəsi yaxşı imtahan olacaq. Qarşıdakı oyunda qalib gəlməyə çalışacağıq ki, xal ehtiyatımızı yaxşılaşdıraq.
- Xeyr, elə fikirləşməyin. Çünki bizim üçüncü yeri təmin etməyimiz lazımdır. “Qəbələ”ylə aradakı fərq üç xaldır. Əvvəl “Qarabağ”la ardınca da “İnter”lə çətin oyunumuz var. Çempionatda yerimizi bərkitməliyik ki, mövsümün sonunda mükafatçılar sırasında yer alaq. Kubokun finalına hazırlaşmaq üçün kifayət qədər vaxtımız var.