Orxan Məmmədov faktlar göstərdi
Dünən ölkə kubokunun yarımfinal mərhələsinin cavab matçında "Simurq" doğma meydanda "Qarabağ"la qolsuz heç-heçə edərək kubokda mübarizəni dayandırdı. Matçın ilk dəqiqələrində isə "Simurq" qol vursa da, oyunun hakimlər briqadası oyudan kənar qərarı ilə qolu saymadı. Bu Zaqatalada böyük qalmaqala səbəb oldu.
Sportal.az xəbər verir ki, oyunun baş hakimi Orxan Məmmədov bu barədə öz "facebook" hesabında münasibət bildirib. onun statusunu təqdim edirik:
"Əziz özünə hakim deyib, hakimlərin qərarına səhv deyən və qaydalardan bixəbər olanlar, ingilis dilində yazılanları oxuyun və videoya baxın. Dünənki oyunda da yan xətt hakimin qərarı doğrudu. Bu da sizə sübut video və yazı:
UEFA says: by attempting to play the ball in front of the goalkeeper the attacker is impeding his actions.Although we can understand that the goal would have been scored even if the attacker would not have attempted to play the ball then by the new interpretations he must still be called offside. The referees do not have to analyse whether the goalkeeper would or would not have been able to save the shot".
Bu yazının tərcüməsində bildirilir ki, əgər hücumçu oyundan kənar vəziyyətdə zərbə vurmağa cəhd edirsə, ofsayd qərarı verilir. Əgər zərbəni ofsaydda olmayan futbolçu vursa belə, ofsayd qərarı verilir. Hakimlər həmin vaxt ilk epizodda qapıçının topa reaksiyası olub-olmadığını təhlil etməməlidi.
Attempt to play 12 from Offside Explained on Vimeo.
saytlarin hazirlanmasi