Forvardın oyunu izlənilib
Bolqarıstanın "Botev" klubunun yarımmüdafiəçisi Marian Oqnyanov karyerasını Azərbaycanda davam etdirə bilər.
Sportal.az xəbər verir ki, bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb.
Onunla hansı klubumuzun maraqlandığı qeyd olunmayıb. Amma bildirilir ki, Azərbaycandan olan menecerlər Oqnyanovu Sofiya ÇSKA-sı ilə oyunda izləməyə imkan tapıblar. 26 yaşlı xavbekin "Botev"lə müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq. Belədə azad agentə çevriləcək futbolçu istədiyi kluba keçmək şansına malik olacaq. Marianın əvvəlki klubu "Levski" də onu geri qaytarmaq üçün çalışır.
Bolqarıstan mətbuatı daha öncə Oqnyanovla "Qarabağ"ın maraqlandığını yazmışdı.
saytlarin hazirlanmasi