Adı "Qarabağ"la hallanan bolqar futbolçu VİDEO

02:50 - 23 Aprel 2015

Asistləri ilə diqqət çəkən "7" nömrə
 
Bolqarıstanın "Botev" klubunun yarımmüdafiəçisi Marian Oqnyanov karyerasını Azərbaycanda davam etdirə bilər. 
 
Sportal.az xəbər verir ki, bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb.  Bildirilir ki, Azərbaycandan olan menecerlər Oqnyanovu Sofiya ÇSKA-sı ilə oyunda izləməyə imkan tapıblar. 26 yaşlı xavbekin "Botev"lə müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq. Belədə azad agentə çevriləcək futbolçu istədiyi kluba keçmək şansına malik olacaq. 
 
Bolqarıstan mətbuatı daha öncə Oqnyanovla "Qarabağ"ın maraqlandığını yazmışdı.

Xəbər xətti