Bir şəklin tarixçəsi: Tahir Süleymanovlu "Neftçi" - "Qarabağ" finalı FOTOLAR

12:35 - 23 Aprel 2015

19 il əvvəlin şəkilləri
 
“Neftçi” ilə “Qarabağ” arasında keçirilən oyunlar həmişə maraqlı olur. Son illərin barışmaz rəqibləri bu dəfə ölkə kubokunun finalında üz-üzə gələcəklər.  
 
Azərbaycan futbolunun tarixində bu komandalar yalnız bir dəfə kubokun finalında üz-üzə gəliblər. 1995/96 mövsümünün həlledici oyununda “Neftçi” 3:0 hesablı qələbə qazanıb. “Qarabağ”ın qapısından keçirilən qollardan ikisinə Yunis Hüseynov, birinə isə Vidadi Rzayev imza atıb.
 
Yeri gəlmişkən, həmin final oyununu Tahir Süleymanov idarə eləyib. O vaxtlar ölkənin öndə gedən hakimi olan Süleymanov illər sonra “Neftçi”nin vitse-prezidenti kimi futbolumuzda çalışıb.
 
Sportal.az 19 il əvvəlki “Neftçi” – “Qarabağ” matçının özəl fotolarını təqdim edir. 
 

Xəbər xətti