4 ildi xəstəlikdən əziyyət çəkir
Sakit Alıyev Tovuz futbolunun ən tanınan simalarından sayılır. Müstəqillik dövründə uzun illər doğma "Turan"ın şərəfini qoruyub, bu klubun heyətində çempion olub, ölkəmizi ilk dəfə avrokuboklarda təmsil edib. Bütün ömrü boyu doğma klubuan sadiq qalan Alıyev futbolçu karyerasını bitirdikdən sonra "Turan"da baş məşqçi kimi çalışıb. Elə məşqlərin birində də huşunu itirərık yerə yıxılıb.
Artıq 4 ildir ağır xəstəlikdən əziyyət çəkir. Onun ölkə xaricində müalicəsi mümkündür. Lakin çox təəssüf ki, ailəsinin buna maddi imkanı çatmır. Qardaşı Vəkil Alıyevin gücü isə ayda-ildə bir dəfə Gürcüstana aparıb-gətirməyə çatır.
Sportal.az rekord.az-a istinadən xəbər verir ki, Alıyevlər ailəsi hətta yardım üçün AFFA-ya da ağız açıb. Lakin xaricdən gətirdiyi əcnəbi məşqçilərə milyonları səxavətlə tökən federasiya Azərbaycan futbolu üçün canını qoymuş birinin ailəsinə cəmi 300 manat yardım edib. Doğurdan da biabırçılıqdır. Almanları bura doldurub idman direktoru adı ilə klublara göndərib hərəsinə də ayda 10 min dollar maaş verən Elxan Məmmədov öz veteranına 300 manat dəyər verir.
Hər halda, ümid edirik ki, bu xəbərdən sonra həm Tovuzun imkanlı şəxsləri, həm Tovuz futbolunun yetirmələri həm də AFFA rəhbərliyi Sakit Alıyevdən öz yardım əllərini əsirgəməyəcək.
saytlarin hazirlanmasi