"Bakı"da daha bir biabırçılıq: futbolçular məşqə gəlməyə yol pulu tapmırlar ÖZƏL

13:48 - 24 Aprel 2015

Elxan Məmmədov vədinə əməl etmədi

 

Premyer Liqanın sonunncu pilləsində qərarlaşan "Bakı"nın vəziyyəti daha da pisləşir.

 

Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, AFFA-dan yanvar və aprel aylarının maaşlarını heç cür ala bilməyən "Bakı" futbolçuları artıq bu vəziyyətdən təngə gəliblər. Vəziyyət elə bir həddə çatıb ki, futbolçular məşqə belə gəlməyə yol pulu tapmırlar. Belə olacağı təqdirdə, sabah planlaşdırılan məşq də keçirilməyə bilər.

 

Qeyd edək ki, AFFA-nın baş katibi Elxan Məmmədov "Bakı"nın yanvar-may aylarının maaşlarının verilməsini öz üzərinə götürmüşdü.

Xəbər xətti