"Əvəzedici heyətdə oynamaqdansa, icarə əsasısında başqa komandada çıxış etsəm, daha yaxşı olar"
"Düzdür, "Qarabağ"da elə çox oynamasam da, məşqlərdə əlimdən gələni edirəm. Qaldı ki, oynamamağıma bu, baş məşqçinin qərarıdı və bu qərara hörmətlə yanaşıram. Komandadan ayrılmaq haqda çox danışmaq istəmirəm, yalnız onu deyə bilərəm ki, əvəzedici heyətdə oynamaqdansa, icarə əsasısında başqa komandada çıxış etsəm, daha yaxşı olar. Ancaq hələlik komanda olaraq fikrimizi çempionata yönəltmişik, mövsümü çempion kimi bitirək, daha sonra bu haqda danışarıq".
Bu sözləri Sportal.az-a açıqlamasında mövsümün əvvəlində "Qarabağ"a transfer olunun millimizin yarımmüdafiəçisi Şəhriyar Əliyev bildirib. Əliyev mətbuatda yazılan informasiyaya görə millimizin baş məşqçisi Robert Prosineçki onun son 6 oyunda meydanda olacağı təqdirdə milli komandaya çağıracağı barədə gəzən söhbətlərə də münasibət bildirib:
"Həqiqətən bundan xəbərim yoxdur. Bu barədə mənə heç kim heç nə deməyib".
saytlarin hazirlanmasi