Klub rəhbərliyindən komandaya şərt
Premyer Liqanın 31-ci turunda bu gün "Sumqayıt" doğma arenada "Simurq"u qəbul edəcək.
Sportal.az-ın əldə etdiyi məlumata görə, klub rəhbərliyi 12 oyundur qələbə üzünə həsrət qalan komandaya maaşların yarısını ödəyib. Digər yarısı üçün isə şərt qoyub.
Komanda bu gün qalib gələcəyi halda maaşlarının qalanını ala biləcək, əks təqdirdə cərimə olaraq futbolçulara verilməyəcək.
saytlarin hazirlanmasi