"Bütün kollektiv qələbəyə köklənmişdi"
Premyer Liqanın XXXI turu “Sumqayıt” üçün uğurlu alındı. “Sumqayıt” “Simurq” üzərində 1-0 hesablı qələbə qazandı.
Sportal.az xəbər verir ki, oyundan sonra "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov bunları qeyd edib:
“Simurq”a qarşı oyunlarımız həmişə ağır keçib. Bu gün keçirilən oyuna yaxşı hazırlaşmışdıq. Bütün kollektiv qələbəyə köklənmişdi. Uzun fasilədən sonra qələbə qazandığımız üçün şadam. Azarkeşləri, oyunçuları təbrik edirəm. Düşünürəm ki, bu qələbə bizə qara zolaqdan çıxmaq üçün əlavə üstünlük verəcək”.
saytlarin hazirlanmasi