Roman Qriqorçuk: "Bəlkə də bəzi futbolçular düşünüb ki, bu rəqibi biz rahatlıqla məğlub edəcəyik"

19:45 - 25 Aprel 2015

"Oyun barədə isə şərh vermək istəmirəm"

 

Son vaxtların uğurlu komandası “Qəbələ” Premyer Liqanın XXXI turunda “Xəzər Lənkəran”ı səfərdə məğlub etməyi bacardı.

 

Sportal.az xəbər verir ki, oyundan sonra "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk bunları qeyd edib:

 

"Şadam ki, növbəti 3 xalımızı qazandıq. Oyun barədə isə şərh vermək istəmirəm. Çünki mən komandamın oyunundan narazıyam. Mənim üçün qələbə seriyasının fərqi yoxdur. Lənkərandakı oyun dərs oldu. Bu oyun eyni səviyyədə qalıb-qalmamağımızı yoxlamaq üçün bir dərs kimidir. Bəlkə də bəzi futbolçular düşünüb ki, bu rəqibi biz rahatlıqla məğlub edəcəyik. Oyunçularım matça tam hazır deyildilər. Əslində, mən bilirdim ki, nə vaxtsa bu durumla üz-üzə qalacağam. Amma bunun “Xəzər Lənkəran”la oyuna təsadüf edəcəyini düşünmürdüm”.  

Xəbər xətti