Tərlan Əhmədov: "Zədəlilərin çox olması məni məyus edir"

20:38 - 25 Aprel 2015

"Oyunçulara tapşırıqlar vermişdim"

 

Premyer Liqanın XXXI turunda “İnter” “İnter Arena”da AZAL-ı 2-0 hesablı məğlubiyyətə uğratdı.

 

Sportal.az xəbər verir ki, oyundan sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədov bunları qeyd edib:

 

“Bir müddətdir ki, qələbə qazana bilmirik. Zədəlilərin çox olması məni məyus edir. Viktor İqbekoyi, Aleksandr Şemonayev, Valeriy Kutsenko kimi oyunçuların zədədən əziyyət çəkməsi heyətdə problemlər meydana gətirir. Viktorun əməliyyat olunacağı dəqiqdir, Kutsenko isə bu prosesə doğru gedir. 
Bu gün ilk onbirlikdə 7 yerli oyunçuya güvənmişdim. Oyunçulara tapşırıqlar vermişdim. Düşünürəm ki, futbolçuların gücü nəyə çatdırdısa, onu da etdilər. Sadəcə, iki səhv oyunun taleyini həll etdi. Qarşıdakı oyunlara baxmalıyıq”.

Xəbər xətti