"Ağır bir qrafikdə oynayırıq"
Premyer Liqanın XXXI turunun mərkəzi oyunu “Bakcell Arena”da keçirildi. Bu görüşdə “Qarabağ” “Neftçi”ni 3-2 hesabı ilə məğlub etdi.
Sportal.az xəbər verir ki, oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bunları qeyd edib:
“Düşünürəm ki, hər birimiz üçün maraqlı bir oyun oldu. Stadionda necə əhval-ruhiyyə vardısa, oyun da elə alındı. Ağır bir qrafikdə oynayırıq. Həm “Neftçi” üçün, həm də bizim üçün ağır görüş idi. Bu qrafikdə uğurlu oyunlar sərgilədik. Həm kubokun finalına vəsiqə qazandıq, həm də çempionatda ardıcıl qələbələr qazandıq. Mən “Neftçi”ni təbrik etmək istəyirəm. Rəqib yaxşı oyun sərgilədi. Düşünürəm ki, azarkeşlər bu gün oyuna rəng qatdılar. Stadionda həm həm yaşlı, həm də gənc insanlar vardı. Bu gün keçirilən oyun gələcəkdə azarkeşlərin stadionlara gəlməsi üçün bir vasitə olacaq”.
saytlarin hazirlanmasi