Qara Qarayev: "Neftçi"nin futbolçusu ədalətsizlik etdi"

00:25 - 26 Aprel 2015

"Mən dayandım ki, o, topu kənara çıxaracaq".
 
"İstəyirdik ki, çempionluq yolumuzda inamla irəliləyək və bu oyunda xal itkisinə yol verməyək. Oyunda dönüş yaratdıq, 2:0 hesabı ilə irəlidə olsaq da, rəqib hesabı bərabərləşdirdi, sonda şükürlər olsun qələbə topunu vura bildik. "Neftçi" kimi rəqiblərə qarşı oyunda sıx oynayıb epizod verməmək mümkünsüzdür. Azarkeşlərimizə də bu oyunda yaratdıqları atmosferə görə təşəkkür edirəm və qələbəni onlara hədiyyə edirik".
 
 
Bu sözləri Sportal.az-a açıqlamasında "Qarabağ"ın futbolçusu Qara Qarayev bildirib. O, "Neftçi"nin vurduğu 2-ci qolda rəqibin "fair-play"-ə riayət etməməsi haqda da danışıb:
 
"Həmin epizodda Kauye de Silva ədalətsizlik elədi, o, Kardozonun yerdə olduğunu gördü, lakin mənim də hücumda olduğumu görüb oyunu davam etdirdi. Mən də dayandım ki, o, topu kənara çıxardacaq, lakim hücumu davam etdirdi və "Neftçi" ikinci qolu vurdu".

Xəbər xətti