Ən az azarkeş hansı oyunda oldu?
Dünən Premyer Liqanın 31-ci turunun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, keçirilən 4 qarşılaşmada ən çox maraq kəsb edən oyun "Qarabağ" - "Neftçi" (3:2) matçı olub ki, oyunun keçirildiyi "Bakcell Arena"ya 5000 azarkeş toplaşıb. Turun ikinci ən böyük azarkeş toplayan matçı isə "Xəzər Lənkəran" - "Qəbələ" (0:1) oyunu olub. Belə ki, "Fırtınalar meydanı"nda 2200 fanat oyunu canlı olaraq izləyib.
Qeyd edək ki, "Sumqayıt" - "Simurq" (1:0) matçına 1100, "İnter" - AZAl (2:0) oyununa isə 300 azarkeş toplaşıb.
saytlarin hazirlanmasi