Kanales: "Finalda dünənki kimi çıxış etsək, qələbə qazana bilməyəcəyik" MÜSAHİBƏ

16:52 - 26 Aprel 2015

"Daha tez ayılmağımız lazım idi"
 
"Neftçi"nin hücumçusu Nikolas Kanales jurnalistlərin suallarını cavablandırıb.
 
Sportal.az həmin müsahibəni təqdim edir: 
 
- "Qarabağ"la oyun barədə nə deyə bilərsiniz?
- Fikrimcə, biz yaxşı oyun sərgilədik. Son üç matçda səkkiz qol buraxmışıq. Bax bunun üzərində düşünməyimiz lazımdır.
 
- Müdafiə xətti öz işinin öhdəsindən gələ bilmir?
- Mən bütün günahı müdafiə xəttinin üstünə atmaq fikrində deyiləm. Rəqibə orta sahədə də pressinq tətbiq etmək, top almaq olar.
 
- "Neftçi" iki qol buraxdıqdan sonra oynamağa başladı. Ondan öncə niyə zəif çıxış edirdiniz?
- Biz məhz rəqibin iki qoluna cavab verərkən ayıldıq. Amma artıq gec idi. Daha tez ayılmağımız lazım idi.
 
- Bir neçə tur öncə "Neftçi"nin ilk üçlükdə olacağına heç kim şübhə etmirdi. Amma 31-ci turdan sonra "Qəbələ"nin sizinlə eyni xala malik olduğunu görürük...
- Qarşıda daha dörd oyunumuz var. Bu oyunlarda kifayət qədər xal toplamaq olaraq ki, mükafatçılar sırasında yer alaq.
 
- Bu mövsüm "Neftçi" heç bir oyunda "Qarabağ"a qalib gələ bilmədi. Kubokun finalında uğursuz gedişata son qoyacağınıza inanırsınız?
- Son oyundakı kimi çıxış etsək, qələbə qazana bilməyəcəyik. Baxmayaraq ki, mən komandamızın bu rəqibə qalib gələcək gücdə olduğunu düşünürəm.
 
- Mövsümün sonunda klubla müqavilənizin müddəti başa çatacaq. Planlarınız necədir?
- Mənə hələ yeni müqavilə təklif etməyibər. Baxmayaraq ki, mənə başqa təkliflər var.

Xəbər xətti