Rəşad Sadıqovun "Zirə"yə bağlılığının səbəbi məlum oldu

15:49 - 27 Aprel 2015

Rəşadla "Zirə"nin prezidenti Vüqar Astanov uşaqlıq dostlarıdır
 
Bir ara mətbuatda "Qarabağ"ın kapitanı Rəşad Sadıqovun "Zirə" klubuna yaxınlığı haqda məlumatlar dolaşdı. Yayılan məlumatlara görə, Sadıqovun Zirə klubunun rəhbərliyi ilə yaxşı münasibəti var və buna görə də bu kluba öz məsləhətlərini verir. Daha doğrusu, klub rəhbərliyi atdıqları bir çox addımda Sadıqovun məsləhətlərinə ehtiyac duyurlar. Ancaq bir çoxları bu münasibətin hardan qaynaqlandığını bilmir.
 
Sportal.az Rekord.az-a istinadən isə Rəşadla "Zirə"nin münasibətlərinin hara söykəndiyini sizin diqqətinizə çatdıracaq.
 
Sən demə Rəşadla "Zirə"nin prezidenti Vüqar Astanov uşaqlıq dostlarıdır. Onlar bir vaxtlar eyni komandada futbol oynayıblar. Söhbət hələ 20 il bundan əvvələ gedib çıxır. O vaxtlar Suraxanının FŞM komandası var idi, hansı ki, Bakı çempionatında oynayırdı. Sonradan "Qarabağ" bu komandanı öz himayəsinə götürdü və Vaqif Paşayevin rəhbərlik etdiyi FŞM "Qarabağ" adı altında ölkə çempionatında oynamağa başladı. Rəşad Sadıqov və Vüqar Astanovun da yer aldığı komanda 1982-83-cü il təvəllüdlü komandaların çempionatında çıxış edib. Bu komanda 1996-97-ci il futbol mövsümündə Azərbaycan çempionu adını qazanıb. Sonradan bu iki futbolçu ölkənin müxtəlif yaş qrupundan ibarət millilərində oynayıblar. Astanov hətta "Şəfa"da da forma geyinib. Lakin sonradan futbolla vidalaşıb. Gördüyünüz kimi, Rəşad Sadıqovun "Zirə"nin prezidenti ilə illərə söykənən dostluğu var. Məhz bu dostluğun nəticəsidir ki, Astanov "Zirə"nin gələcəyi ilə bağlı bir sra vacib addımlar atarkən uşaqlıq dostu ilə məsləhətləşir.

Xəbər xətti