"İnter" məğlub olsa...
Azərbaycan Premyer Liqasının bitməsinə 5 tur qalsa da, çempionun adına aydınlıq gələ bilər.
Sportal.az xəbər verir ki, 32-ci turda "Qəbələ"nin qonağı olacaq "Qarabağ" bu oyunda 3 xal qazanmaqla Zaqataladan gələn xəbəri gözləməlidir. Belə ki, həmin turda keçiriləcək "Simurq" - "İnter" matçında qonaqlar məğlub olarsa, Ağdam təmsilçisi "bankirlər"i 13 xal qabaqlayaraq çempionluğu təmin edəcək. Əgər qeyd etdiyimiz nəticələr qeydə alınsa, bu oyunlardan sonra "Qarabağ"ın 3, "İnter"in isə 4 oyunu qalmasına baxmayaraq çempion bəlli olacaq.
Qeyd edək ki, 31 turdan sonra "Qarabağ" 63 xalla liderdi. "İnter" isə 53 xalla rəqibini izləməkdədi.
saytlarin hazirlanmasi