Muarem: "Onların necə oynadığını biz də bilirik"
"Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muaremin Sportal.az-a müsahibəsi
- "Neftçi" üzərində 3:2 hesablı qələbə qazandınız...
- Biz çox lazımlı 3 xala sahib çıxdıq. Harada oynamağımız yox, qələbə qazanmağımız önəmlidir. Qarşıda "Qəbələ" ilə oyun var. Bu oyunda çempionluğumuzu rəsmiləşdirə bilərik. Amma indidən bu barədə danışmaq istəməzdim.
- "Qarabağ"ın 2:0-dan sonra arxayınlaşdığı hiss olunurdu...
- Deməzdim, arxayınlaşdıq, "Neftçi" daha yaxşı oynadı. Bu klublar arasındakı oyunlar həmişə gərgin keçir. 2:0 olarkən diqqətli olmağımız lazım idi. Biz isə diqqətli ola bilmədik və nəticədə rəqib hesabı bərabərləşdirdi.
- Kubokun finalında da bu komanda ilə qarşılaşacaqsınız...
- Kubok və çempionat görüşləri tam fərqli oyunlardır. Həm də finalın taleyini bir oyun həll edəcək. Amma hazırda final matçı barədə yox, qarşıdakı "Qəbələ" ilə oyun haqda düşünürük
- Çox vaxt qalsa da, mütəxəssislər kuboku da "Qarabağ"ın qazanacağını bildirir...
- Onlar bunu deyə bilərlər, amma biz yox. Çünki çətinliklərimiz var. Bu, kənardan görünməyə bilər. Özümüz isə gözəl bilirik.
- Bu qələbədən sonra "Qarabağ"ın növbəti oyundakı işinin daha asan olacağını söyləmək olar?
- Xeyr, biz arxayınlaşa bilmərik. Bizə daha iki qələbə lazımdır. Amma buna nail olmaq çox çətin olacaq.
- "Qəbələ"nin ardıcıl 8 qələbə qazanması sizi qorxutmur?
- Onların necə oynadığını biz də bilirik. Başa düşürük ki, bu qələbə seriyasını qırmaq çox çətin olacaq. Amma uğur qazanacağımıza ümid edirik.
- Ardıcıl iki oyundur komanda üçün vacib qolar vurursan...
- Əvvəllər sual verirdilər ki, özünə oxşamırsan (gülür). Artıq özümə gəlirəm. Ümid edirəm ki, davamı gələcək.
saytlarin hazirlanmasi