"Nə "Neftçi", nə də "Qarabağ" Avropada heç nə edə bilməyəcək"
"Belə oyunda hansı komanda ritmi tutdusa, qol da vurdu. İlk yarım saatda "Qarabağ" ritmi tutub 2 qol vurdu, sonra "Neftçi" ritmi əlinə alıb hesabı bərabərləşdirdi. Hesab bərabər olandan sonra qol vuran komanda qalib gələsi idi. "Qarabağ" da bunu bacardı. Amma belə oyunla nə "Neftçi", nə də "Qarabağ" Avropada heç nə edə bilməyəcək. Bu barədə baş sındırmaq lazımdır. Ola bilər ki, komandada fiziki baxımından çatışmazlıqlar var. Bu oyun iki eyni səviyyəli komandalardı. "Qarabağ" güc sərf etmir, elə bil gəzə-gəzə oynayır. Hər iki komanda rəhbərliyi komandanın ritmini qaldırmaq haqda fikirləşməlidir".
Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyev "Xəzər TV"-də yayımlanan "Futbol saatı" verilişində bildirib. Hacıyev "Neftçi"nin müdafiəsində olan problemlərdən danışıb:
"Komandanın oyununa sırf baş məşqçi cavabdehdir. Onun seçdiyi heyət oyunda özünü doğrultmalıdır. Doğrutlmursa, baş məşqçinin problemidir. Bu haqda Arif Əsədovdan soruşsanız, daha yaxşı olar. Mənim vaxtımda oynayan futbolçulardan çoxu aşağı səviyyədə çıxış edir. Flavinyo mənim vaxtımda zədəli halda da meydanda olurdu. Baş məşqçi ilk olaraq oyunçuları oyuna motivasiya etməlidi. Yəqin ki, Arif Əsədov da bunu edir. Əgər Sadıq Sadıqov dönəmində belə olsaydı, komanda ardıcıl belə uduzsaydı, bax onda fəlakət olardı. Səhəri günü iclas olurdu, hər kəsin səhvi üzünə deyilirdi, tələblər qoyulurdu. Baxın görün indi elə şey var, bu barədə klub rəhbərliyindən soruşun, iclaslar var?. Müşahidə Şurası yaranandan bu iclaslar olmur".
saytlarin hazirlanmasi