Məqsəd İsayev məşqlərə başladı
"Neftçi"nin gənc futbolçusu Məqsəd İsayevin 21 yaşılılardan ibarət milli komandanın heyətində zədələndiyi və Almaniyada əməliyyat olunduğu barədə məlumat vermişdik.
İsayev Sportal.az-a açıqlamasında artıq yüngül məşlərə başladığını bildirib. O, 10-13 gün ərzində artıq komanda ilə məşqlərə başlayacaq. Müdafiəçi açıqlamasında kubok oyununda iştirak edib-etməyəcəyinə də aydınlıq gətirib:
"Kubokun finalına tam hazır olacam. Hətta ehtimal var ki, çempionatın son 2-3 turunda da meydanda olub komandama kömək edim".
saytlarin hazirlanmasi