SON DƏQİQƏ: "Xəzər Lənkəran"ın aparıcı futbolçusu 4 aylıq sıradan çıxdı

00:12 - 3 May 2015

Sadio Tounkaranın son durumu məlum oldu
 
“Bakı” ilə səfər oyununda “Xəzər Lənkəran”ın aparıcı futbolçularından olan Sadio Tounkara ağır zədələnib.
 
Sportal.az xəbər verir ki, əvvəlcə yüngül zədə aldığı güman edilən malili futbolçunun həkim müayinəsindən sonra zədəsinin ağır dərəcəli olduğu müəyyənləşib. İlkin müayinənin nəticəsinə görə afrikalı futbolçumuz 4-ay müddətində yaşıl meydanlardan uzaq qalmalı olacaq.
 
Xatırladaq ki, aprelin 27-də 23-yaşını qeyd edən Tounkara mayın 1-də ata olması ilə bağlı aldığı xəbəri ad gününə ən yaxşı hədiyyə hesab etdiyini dilə gətirib. Yeri gəlmişkən Sadio “Bakı”nın qapısına vurduğu qolu da yeni doğulan körpəsinə həsr edib. (12cioyuncu.info)

Xəbər xətti