Nurlan Novruzov: "Bu qolları komandama borcluyam"
"Çətin oyun oldu, ilk hissədə bizə lazım olan qolları vurduq. İkinci hissədə gözlənilmədən qırmızı vərəqə aldıq və azlıqda qalandan sonra hesabı qorumağa çalışdıq. Həqiqətən bu oyunda sübut etdik ki, "Bakı" zəif komanda deyil. Futbolçularımızın çoxu gənc olmasına baxmayaraq, hər bir epizodda sona qədər vuruşurlar".
Bu sözləri Sportal.az-a açıqlamasında "Xəzər Lənkəran"la oyunda dubl edərək komandasına qələbə qazandıran "Bakı"nın hücumçusu Nurlan Novruzov bildirib. O, qolların sayını 15-ə çatdıraraq bombardirlik siyahısında ən yaxın izləyicisini 3 qolla qabaqlaması haqda danışıb:
"Oyunlarda çalışıram ki, əlimə düşən fürsətlərdən maksimum istifadə edim. Şükürlər olsun, bu oyunda iki qol vurdum, qol vurmağımdan daha çox komandamızın 22 oyundan sonra qələbə qazandırması məni sevindirdi. Qaldı ki. bombardirlik yarışına, burda çalışıram liderliyi sona qədər qoruyum. Belə siyahıda lider olmaq növbəti oyunlara hazırlaşmağıma da stimul verir. Bu 15 qol vurmağımda isə ən böyük pay hücumçularla işləyən məşqçimiz Adnan hocaya düşür. Hər məşqdən sonra vaxt ayrırıb bizimlə xüsusi məşğul olur. Bir şeyi də qeyd edim ki, hər bir qolumda klubda çalışan hər kəsin əziyyəti var.
Bu oyunda az sayda olmalarına baxmayaraq bizi dəstəkləyən azarkeşlərə xüsusi təşəkkürümü bildirirəm və qələbəni onlara hədiyyə edirik",
saytlarin hazirlanmasi