Sankoh: "İkinci hissə bir az toparlandıq"
"Bəzən elə olur ki, meydanda çalışmırsan, vuruşmursan və məğlub olursan. Bu nəticə də belə oyuna görə normaldır. Hamı bilir ki, komandamızın əsasını gənc futbolçular təşkil edir. Yalnız 3-4 futbolçu ilə rəqibə qarşı mübarizə aparmaq olmaz. Düzdür, "Bakı" da gənclərdən ibarət komandadır, lakin ola bilər ki, onlar bizdən daha çox istəkli idilər. Bir daha təkrar edirəm, əgər meydançada 3-4 futbolçu işləyirsə, qələbə qazanmaq çətindir. İlk hissədə çox futbolçu oynamaq istəmirdi, fasilədə də baş məşqçi bunu bizə dedi. İkinci hissə bir az toparlandıq. Bir də heyətdə 4-5 itkilərimiz var idi, bu da istər-istəməz oyunumuza təsir etdi".
Bu sözləri Sportal.az-a açıqlamasında "Xəzər Lənkəran"ın futbolçusu Alfred Sankoh "Bakı" məğlubiyyətindən sonra bildirib. O, mövsümün sonunda komandada qalıb qalmayacağı haqda danışıb:
"Müqaviləmin bitməsinə daha bir il var, mövsümün sonunda burda qalıb və ya getməyəcəyimi bilmirəm. İndidən bu haqda danışmaq üçün çox tezdir".
saytlarin hazirlanmasi