Azarkeşlər "Qəbələ"ni ziyana saldı, Kanalesə 2 oyunluq cəza

12:48 - 5 May 2015

Komitənin qərarları

 

İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportal.az sizi iclasda qəbul olunan qərarlarla tanış edir:

 

1 may 2015-ci il, 2014/2015 mövsümündə, Premyer Liqanın XXXII turunun “Neftçi” – “Sumqayıt” matçının 45-ci dəqiqəsində “Neftçi” klubunun 11 №-li futbolçusu Nikolas Kanales kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 2000 manat cərimə olunur.

 

2 may 2015-ci il, 2014/2015 mövsümündə,Premyer Liqanın XXXII turunun “Bakı” – “Xəzər Lənkəran” matçının 60-cı dəqiqəsində “Bakı” klubunun 56 №-li futbolçusu Qeyrət Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

 

2 may 2015-ci il, 2014/2015 mövsümündə, Premyer Liqanın XXXII turunun “Qəbələ” – “Qarabağ” matçının 12-ci və 90-cı dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunur. Oyunun 87-ci dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur.

 

30 aprel 2015-ci il, 2014/2015 mövsümündə, Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin XXXII turunun “Simurq”  – “İnter”  matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.

 

30 aprel 2015-ci il, 2014/2015 mövsümündə, Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin XXXII turunun “Neftçi” – “Sumqayıt” matçının 90+2-ci dəqiqəsində “Neftçi” klubunun 50 №-li futbolçusu Aleksandr Qross sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur.

Xəbər xətti