Rəşad Eyyubov da hədəfdədir
Son vaxtlar əksər Premyer Liqa klublarında maliyyə böhranı yaşanır. Pulsuzluqdan əziyyət çəkən klublardan biri də “Simurq”dur.
Xəbər verdiyimiz kimi, “Simurq”un əsas futbolçuları bir-bir klubun düşərgəsini tərk etməkdədir. Onlardan bəziləri artıq özlərinə yeni iş yeri də tapıblar.
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, Zaqatala klubunun əsas futbolçularından olan Samir Zərgərov “Qəbələ” ilə anlaşıb. 29 yaşlı futbolçu yeni mövsümdən Qəbələ təmsilçisinin şərəfini qoruyacaq.
Əldə etdiyimiz daha bir bilgiyə görə isə, “Qəbələ” “Simurq”un daha bir oyunçusu Rəşad Eyyubovu da sıralarında görmək istəyir.
saytlarin hazirlanmasi