"Xəzər Lənkəran"ın kapitanı: "Elə bir oyunçu komandaya yox, özünə pislik edir" MÜSAHİBƏ

20:06 - 5 May 2015

Rahid Əmirquliyev: "Klubdan bizə heç kim deməyib ki, belə bir qadağa var"
 
"Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyevin Sportal.az-a müsahibəsi:
 
- Premyer Liqanın son turunda "Bakı"ya məğlub oldunuz. Bu məğlubiyyətin səbəbi nə idi?
- Deyərdim ki, komandamız mövsümün ikinci hissəsində ən pis oyunumuzu oynadıq, ilk hissədə komanda olaraq heç nə edə bilmədik. İkinci hissə bir az toparlansaq da, yalnız 1 qol vura bildik. Fasilədə baş məşqçi bizi bir az ruhlandırdı, lakin yenə də məğlub olduq.
 
- Komanda yoldaşlarından biri bildirdi ki, cəmi meydançada 3-4 nəfər "işləyirdi". Sən necə fikirləşirsən bu barədə?
- Bu barədə mətbuata nəysə açıqlamaq düzgün deyil, oyunun videoyazısına baxdıqdan sonra, hər şey bilinəcək, kim meydanda can qoyurdu, kim qaçmırdı.
 
- Növbəti turda "Qarabağ"la qarşılaşacaqsınız...
- Bizim üçün rahat oyun olmur, xüsusi ilə də, gəncləşdirmə siyasətindən sonra hər bir oyunumuz ağır olur. Buna baxmayaraq "Qarabağ"la evdə oynayırıq, çalışacağıq ki, ən azından layiqli oyun göstərək.
 
- Sanki gəncləşdirmə siyasətindən sonra komandada arxaynçılıq yaranıb ki, onsuzda çempionatda iddiamız yoxdu..
- Cavan futbolçular belə düşünməməlidi, onlar çalışmalıdır, hər oyunda özlərini sübut etsin. İndi gəncləşdirmə siyasəti gedir, növbəti mövsümdə komandaya legionerləri gətirəcək, cavanlardan kim özünü sübut etsə, o komandada qalacaq. Əgər elə bir oyunçu varsa, komandaya yox özünə pislik edir. İnanmıram, bizim komandada belə düşüncədə futbolçu var.
 
- Komandaya transfer qadağası qoyulub. Bu o demək deyil ki, "Xəzər Lənkəran" növbəti mövsümdə iddiasızlardan olacaq?
- Bu barədə yalnız saytlardan oxumuşam. Klubdan bizə heç kim deməyib ki, belə bir qadağa var. Ona görə də, bu barədə ətraflı danışa bilmərəm.

Xəbər xətti