"İnter" Futbol Akademiyası fəaliyyətini dayandırır ÖZƏL

00:07 - 6 May 2015

Məşqçilərə xəbərdarlıq edilib

 

Cahangir Hacıyevin Beynəxalq Bankdan uzaqlaşdırılmasından sonra pis duruma düşən “İnter”də vəziyyət düzəlmir.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, “İnter” Futbol Akademiyası fəaliyyətini dayandırır. Artıq məşqlərin dayandırılması və uşaqların buraxılması ilə bağlı göstəriş də verilib.

 

Məşqçilər öz hesablarına 3 aylıq məzuniyyətə göndəriliblər. Ancaq eyni zamanda deyilib ki, hansısa məşqçi təmənnasız məşqlər keçmək istəyirsə, bu müddətdə iş başında ola bilər. 3 aydan sonra vəziyyətin necə olacağı ilə bağlı isə heç nə deyilməyib. 

Xəbər xətti