"Elxan Məmmədovun onlara əli çatmır"
"Arena" verilişinin son buraxılışında Hakimlər Komitəsi və hakimlik haqqında maraqlı açıqlamalar verilib.
Sportal.az xəbər verir ki, verilişin qonaqları arasında olan Anar Salmanov HK haqqında bunları deyib:
"Sizin verilişdə Babək Quliyevin danışdıqları 99%-i düzdür. HK müstəqil qurumdur. Amma onlar PFL-in təsiri ilə hərəkət edirlər. Mən bəzi xəbərlərdə görürəm ki, azarkeşlər hakimliklə bağlı məsələlərdə Elxan Məmmədovu günahlandırırlar. Amma sizi inandırım ki, Elxan Məmmədovun Hakimlər Komitəsinə əli çatmır. Hakimliyin inkişafından danışırlar. Amma bu gün bizim hansı hakimimiz UEFA və ya ÇL-da oyun idarə edir. Mən belə oyunlara təyinat alanda, bunu öz zəhmətimlə etdim. Mənim Orxan Məmmədov kimi "day-day"ım yoxdur ki, belə qısa zamanda bu qədər "irəli" gəlim".
saytlarin hazirlanmasi