Hakimlər Komitəsindən növbəti qalmaqallı təyinat: "İnter" - "Neftçi" matçında yenə İnqilab Məmmədov

01:34 - 7 May 2015

Daha bir maraqlı təyinat
 
Premyer Liqanın 33-cü turunun mərkəzi matçı sayılan "İnter"- "Neftçi" matçının baş hakimi müəyyənləşib.
 
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, bu matçı İnqilab Məmmədov idarə edəcək. Qarşılaşma sabah saat 20:00-da stat götürəcək.
 
Xatırladaq ki, ölkə kubokunun yarımfinal mərhələsinin ilk matçında "Neftçi" - "İnter" (2:0) görüşünün hakimi məhz İnqilab Məmmədov olmuşdu və həmin matçda qalmaqallı qərarlarla yadda qalıb, bir neçə turluq cəzalanmışdı. Onun yenidən eyni komandaların matçına təyinat alması hər kəsə maraqlıdır.

Xəbər xətti