"Orxan Məmmədov danışmağa başlasa, Anar Salmanov biabır olar"

11:32 - 7 May 2015

FİFA referisi: "Day-dayım olub qabağa getmişəm?"
 
Arena verilişinin son buraxılışında sabiq FİFA referisi Anar Salmanov gənc FİFA referimiz Orxan Məmmədov haqda  "Mənim Orxan Məmmədov kimi "day-day"ım yoxdur ki, belə qısa zamanda bu qədər "irəli" gəlim" ifadəsini işlədib.
 
Orxan Məmmədov bu açıqlamaya münasibətini Sportal.az-a açıqlamasında münasibət bildirib:
 
"Deyir ki, day-dayım olub qabağa getmişəm? Bəs onda niyə mən köməkçi hakim olanda bu sözü demirdi, hansı oyuna gedəndə Orxanı aparırdı.  Niyə aparırdın? İngilis dili problemin bilinməsin deyə. Orxan Məmmədov danışmağa başlasa, Anar Salmanov biabır olar. Susmağımın səbəbi isə ona olan hörmətimdən və ya insanlığı deyil, sadəcə yeganə səbəb hakim olmağımızdı. Bir də Allah mənə ağılı və dili boş-boş Anarın söhbəti üçün verməyib".

Xəbər xətti