"Simurq"da "yarpaq tökümü" davam edir: "Yeni təkliflər var" MÜSAHİBƏ

12:15 - 7 May 2015

"Məqsədimiz Azərbaycan futbolunu ayıltmaq idi"

 

"Simurq"da yaranan maliyyə problemlərindən dolayı legionerlər bir-bir komandanı tərk edir. Belə bir çətin durumda komandanın yanında olan yerlilər isə mövsümün sonuna kimi oynamağa qərar veriblər. 

 

Sportal.az-ın suallarını cavablandıran "Simurq"un qapıçısı Amil Ağacanov maraqlı fikirlər səsləndirib:

 

- Son turlardakı məğlubiyyətləri komandanın hazırki çətin durumu ilə bağlamaq olar?

- Bəli, uşaqlarda motivasiya yoxdu. Həvəs olmadan oyuna çıxırlar. Belə vəziyət çox çətindi.

 

- “İnter”lə matçdan öncə dünya futbolunda çox rastlanılan etiraz forması ilə konkret olaraq nə demək istəyirdiniz?

- Bu hamımızın qərarı idi, kollektiv şəklində yerə oturduq. Məqsədimiz isə, Azərbaycan futbolunu ayıltmaq idi. Nə qədər olar, hər il 1 klub çətin duruma düşür. 4 aydır ki, maaş almadan oynayırıq.

 

- Komandada belə desək, “yarpaq tökümü” baş verir. Legionerlər bir-bir komandanı tərk edir. Səncə bu vəziyyət necə bir sonluqdan xəbər verir?

- Bu onların qərarıdı. Pul olmadığına və komandanın aqibətinin necə olacağını bilinmədiyinə görə hamı gedir. Belə məqamda məlum olur ki, legionerlər çətin durumda komandanı tərk edir, yerlilər isə yanında olur.

 

- Karyeran barədə nə fikirləşirsən? Mövsümün sonunda komandadan ayrılmaq kimi bir fikrin var?

- Təkliflər var. Lakin,mövsümün sonuna kimi burada oynayacam. Sonda rəhbərliklə danışıb qərarımı verəcəm.

 

- Bu təklifin bizim və ya xarici klublardan gəldiyini deyə bilərsən?

-Təklif bizim klubdandı. Lakin, təkliflər olsa, legioner həyatı da yaşamaq istərdim.

 

- Yaxın gələcəkdə milliyə dəvət alacağını düşünürsən?

- Ümumiyyətlə, milli haqda düşünmürəm. Hal-hazırda bütün fikrim növbəti oyunlardadı.

 

- Qarşıda 3 oyununuz qalıb. Bu oyunlarda qalib və ya məğlub olmağınız heçnəti dəyişməyəcək. Bu amil rəqiblərinizin san qələbə qazanacağından xəbər verə bilər?

- Asan heçnə olmur. Biz sona kimi oynayıb qələbə qazanmağa çalışacağıq.

 

Orxan Həsənquliyev

Xəbər xətti