"Hər şey "Bakı"nın vəziyyətindən asılıdır" MÜSAHİBƏ

18:43 - 7 May 2015

Pelagris: "Azərbaycanda heç bir klubdan təklif almamışam"
 
"Bakı"nın kiprli müdafiəçisi Georgios Pelagrisin Sportal.az-a müsahibəsi: 
 
- Premyer Liqanın son turunda "Xəzər Lənkəran"ı məğlub etdiniz...
- Oyuna yaxşı başladıq. Artıq ilk 20 dəqiqədə 2 qol vurduq və bir neçə qol epizodu yaratdıq. İlk hissədə "Xəzər Lənkəran"dan daha yaxşı oynadıq. İkinci hissə bir qədər zəif oyun nümayiş etdirdik. Həm də daha sərt oyun gedirdi, rəqibin heyətində də təcrübəli legioner və yerli futbolçular daha çox olduğu üçün, müdafiəyə çəkildik.
 
- Sanki ikinci hissədə hesab komandada arxaynçılıq yaratmışdı...
- Arxaynçılıq deməzdim, həm də ikinci hissə 10 nəfərlə oynadıq. Belə anda biz hesabı qorumaq üçün çalışmalıydıq və bunun da öhdəsindən gəldik. Məncə, istənilən komanda hesabda iki fərqlə öndə olarsa, ilk olaraq qol vurmağı yox, hesabı qorumağı düşünür.
 
- Bu oyunda çox aqressiv idin...
- Meydanda belə aqressiv olmağım qələbə istəyindən irəli gəlir. Hakim də insandır, idərçilik məncə yaxşı səviyyədə keçdi. Sadəcə son dəqiqələrdə qapımıza təyin edilən cərimə zərbəsində fikrimcə qayda pozuntusu yox idi. Oyunda olan stadionda qalır, matç başa çatdıqdan sonra da hakimlə də danışdım .
 
- Növbəti turda AZAL-la qarşılaşacaqsınız...
- Çətin oyun olacaq, ümumiyyətlə bizim bu mövsüm asan oyunumuz olmayıb. Hər oyunda gənc futbolçularla çıxıb meydanda vuruşuruq. Bu oyun ən az 1 xal qazana biləcəyimiz bir qarşılaşmadır. Ümid edirəm ki, ardıcıl ikinci qələbə qazanacağıq.
 
- Gələcək karyeran haqda nə düşünürsən?
- Komanda ilə müqaviləm yayda başa çatır. İndidən gələcəkdə nə olacağı hada danışmaq istəmirəm. Hər şey "Bakı"nın vəziyyətindən asılıdır. Əgər vəziyyət düzəlsə, komandada qalmağı istərdim. Ancaq hələlik qəti bir şey deyə bilmərəm. Azərbaycanda heç bir klubdan təklif almamışam.

Xəbər xətti