33-cü tur həyəcanı
Bu gün Azərbaycan Premyer Liqasında 33-cü turun oyunlarına start veriləcək.
Sportal.az xəbər verir ki, ilk gündə turun 3 qarşılaşması baş tutacaq.
Ardıcıl doqquz oyundur məğlub olmayan "Qəbələ" bu tur Sumqayıta səfər edəcək. Son turda "Neftçi" ilə 2:2 bərabərə qalan "Sumqayıt" "Qəbələ" ilə dueldən də xalla ayrılmağa çalışacaq.
“Qarabağ” “Xəzər Lənkəran”la səfərdə qarşılaşmasına baxmayaraq, matçın favoritidi. “Ağ-qaralar”ın cari mövsümdəki hər üç görüşdə rəqibinə qalib gəlməsi də onların gücündən xəbər verir. Premyer Liqada 8 oyundu uduzmayan Qurban Qurbanovun yetirmələrinin bu uğurlu seriyanı davam etdirəcəyi gözlənilir.
Turun mərkəzi qarşılaşması paytaxtda keçiriləcək. "İnter Arena"da "İnter" və "Neftçi" komandaları üz-üzə gələcək. Çempionluq uğrunda mübarizə aparan Kaxaber Sxadadzenin komandası bu görüşdə mütləq qələbə qazanmalıdır. Əks təqdirdə "Qarabağ" "Xəzər Lənkəran"a qalib gəlməklə çempionluğunu rəsmiləşdirəcək.
8 may
18:00. “Xəzər Lənkəran” – “Qarabağ” 1:1
QOl: Ağabala Ramazanov,78, - Leroy Corc,80
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Vüqar Bayramov, Ramil Əhmədov
"Xəzər Lənkəran" mərkəzi stadionu
İlk 3 dövrədəki oyunlar: 2:3, 2:3, 0:1
18:00. “Sumqayıt” – “Qəbələ” 0:2
Qollar: Aleksey Qay, 39, Viktor Mendi, 41
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Elvin Əsgərov
“Kapital Bank Arena”
İlk 3 dövrədəki oyunlar: 1:3, 1:1, 0:2
20:00. “İnter” – “Neftçi” 4:0
Qollar: B.Sxadadze,45,56, Derlis Meza Kolli,49, Elvin Məmmədov,90+1,
Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Mehman Mahmudov, Ömər Paşayev
“İnter Arena”
İlk 3 dövrədəki oyunlar: 0:0, 2:1, 2:0
N |
Klublar |
O |
Q |
H |
M |
T-F |
X |
1 |
Qarabağ |
29 |
19 |
7 |
3 |
48-25 |
64 |
2 |
İnter |
28 |
15 |
11 |
2 |
47-15 |
56 |
3 |
Neftçi |
29 |
13 |
8 |
8 |
37-28 |
47 |
4 |
Qəbələ |
29 |
13 |
8 |
8 |
40-34 |
47 |
5 |
Simurq |
29 |
10 |
5 |
14 |
37-34 |
35 |
6 |
AZAL |
28 |
8 |
8 |
12 |
29-40 |
32 |
7 |
Xəzər L |
28 |
7 |
6 |
15 |
33-43 |
27 |
8 |
Sumqayıt |
28 |
5 |
10 |
13 |
27-39 |
25 |
9 |
Bakı |
28 |
3 |
8 |
17 |
19-59 |
16 |