Lənkəranda penalti qərarı ləğv olundu

18:45 - 8 May 2015

Hakim qərarını dəyişdi

 

Azərbaycan Premyer Liqasının 33-cü turunun hazırda davam edən "Xəzər Lənkəran" - "Qarabağ" oyunu hakim qərarının dəyişməsi ilə yadda qalıb.

 

Sportal.az xəbər verir ki, matçın 21-ci dəqiqəsində baş hakim Orxan Məmmədov "Qarabağ"ın qapısına penalti zərbəsi təyin edib.

 

"Xəzər Lənkəran"ın hücumu zamanı "Qarabağ"lı futbolçunun əllə oynadığını iddia edən referi 11 metrlik nöqtəni göstərib. Lakin yan xətt hakiminin müdaxiləsindən sonra Orxan Məmmədov qərarını dəyişib. Oyun qapıçı zərbəsi ilə davam etdirilib.

Xəbər xətti