"Yorğunluq meydana gəlir"
Premyer Liqanın XXXIII turunda keçirilən “Xəzər Lənkəran” – “Qarabağ” oyunu 1-1 hesabı ilə başa çatdı.
Sportal.az xəbər verir ki, oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bunları qeyd edib:
“Qəbələ” ilə matçdan sonra, yəqin ki, fikirlərimi oxumuşdunuz. Bildirmişdim ki, “Xəzər Lənkəran”a qarşı oynamaq bizim üçün çətin olacaq. Rəqibin heyətindəki gənc və istəkli futbolçular, məncə, tam güclərini ortaya qoydular. Onlardan xoşum gəldi. Futbolçularımdan ciddi narazılığım yoxdur. Uzun yoldan sonra futbolçularım yaxşı təsir bağışladılar. Mövsümün sonuna doğru getdikcə yorğunluq meydana gəlir”.
saytlarin hazirlanmasi