"Oyunda hər şey var idi"
Premyer Liqanın XXXIII turunda “Neftçi”ni qəbul edən “İnter” 4-0 hesablı qələbə qazandı.
Sportal.az xəbər verir ki, oyundan sonra "İnter"in baş məşqçisi Kaxaber Sxadadze bunları qeyd edib:
"Hamımız gözəl trillerin şahidi olduq. Oyunda hər şey var idi: gözəl qollar, penalti, qırmızı vərəqələr. Qırmızı vərəqə aldığımız epizoda kimi komanda çox gözəl, ağıllı oynayırdı. Qırmızı vərəqədən sonra artıq bir az ehtiyatlı oynadıq, daha çox əks-hücumlara bel bağladıq. Hamı bilir ki, komandanın vəziyyəti necədir. Mən oyundan qabaq futbolçularımla söhbət etmişəm. Onlar peşəkardırlar. Biz ölkə üçün, ailəmiz üçün çalışmalıyıq. İndiki durum məndə anlaşılmaz hisslər yaradır. Bilmirəm sevinim, ya kədərlənim. Ümüdvaram, vəziyyət yaxşılığa doğru dəyişəcək".
saytlarin hazirlanmasi