Elvin Məmmədov: "Həqiqətən də acınacaqlı bir vəziyyətdir"

02:41 - 9 May 2015

“Qəbələ” ilə oyunumuzdan çox şey asılıdır”
 
“Həqiqətən çox yaxşı oyun oldu. Qol vurduğuma görə sevinirəm və komandamı təbrik edirəm. Biz əlimizdən gələni edirik ki, lider “Qarabağ”la  xal fərqini aradan qaldıraq”.

Sportal.az xəbər verir ki, bu sözləri jurnalistlərrə "İnter”in futbolçusu Elvin Məmmədov “Neftçi”yə qalib gəldikləri oyundan (4:0) sonra deyib.

Təcrübəli yarımmüdafiəçi  “Neftçi”yə bu hesabla qalib gələcəklərini gözləmədiyini bildirib: “Komanda şəklində yaxşı oyun göstərdik. Qol epizodunda topu qapıçının ayaqları arasından atmaq istədim, ancaq alınmadı. Əsas odur ki, sonda  qol oldu”.

Məmmədov hələ çempionluqdan əllərini üzmədiklərini deyib: “Əvvəl rəqib “Qarabağ”ın xal itirməyi önəmli idi. Biz əlimizdən gəldiyi qədər çempionluq uğrunda mübarizə aparacağıq. Hələ ümidimizi itirməmişik. Buna da inamımız var. “Qəbələ” ilə oyunumuzdan çox şey asılıdır”.

“İnter”də yaşanan maliyyə problemindən danışan futbolçu buna belə münasibət bildirib:“Həqiqətən də acınacaqlı bir vəziyyətdir. Maaşı vaxtında almasaq da çətinliyi biruzə vermirik. İkinci yerdə olan komandanın belə vəziyyətdə olmağı düzgün deyil. Ümid edirəm ki,vəziyyət düzələcək. Biz avrokuboklarda ölkəmizi təmsil edəcəyik. Mən oldum-olmadım əsas bu komandanın var olmasıdır. Əgər şərtlər məni qane edərsə, “İnter”də qalaram”. 

Xəbər xətti