"Əlbəttə, bu qərara pis baxıram. Əgər "Kəpəz", "Zirə" və ya digər komandalar "Neftçala" kimi oyun göstərsələr, mən onda susub oturaram yerimdə. Premyer Liqada oynamaq bizim haqqımızdı, bir il çəkdiyimiz əziyyətdir. Bizim haqqımızı yedilər. Belə çıxır ki, komandamdakı istedadlı futbolçuları Azərbaycan futboluna qazandırmaq istəmədilər. Bir il havayı yerə tərk töküb, əziyyət çəkdik. Bir komanda niyə çempion olur? Ona görə olurlar ki, çıxışını yüksək liqada davam etdirsin.
"Əlbəttə, şikayət edəcəyik. Haqqımızı qorumaq üçün sona qədər mübarizə aparacam. Bizim komandamız digərlərindən iki baş üstün idi. Sonra deyirlər, Azərbaycanda futbolçu yetişdirmək çətindir, gəlsinlər bu komandada futbolçuların oyunlarına baxsınlar və ağızlarına su alıb otursunlar yerlərində".