"Qəbələ"yə qalib gəlsək, onda çempionluq oyunun "açar"ı öz əlimizdə olacaq"

15:40 - 9 May 2015

Coşqun Diniyev: “Kubokdakı məğlubiyyətin əvəzini “Neftçi”dən ikiqat çıxdıq”
 
“Böyük hesabla qalib gəlməyimizə baxmayaraq, bizim üçün çətin oldu. Oyundan əvvəl əsas rəqibimiz “Qarabağ”ın xal itirdiyindən xəbər tutduq. “Neftçi” ilə oyunda hədəfimiz qələbə qazanmaq idi. Şükürlər olsun ki, bu işin öhdəsindən gəldik”.
 
Bu sözləri Sportal.az-a açıqlamasında “İnter”in yarımmüdafiəçisi Coşqun Diniyev deyib. Milli komandamızın üzvü ölkə kubokundakı məğlubiyyətin əvəzini “Neftçi”dən çempionatda ikiqat çıxdıqlarını vurğulayıb:
 
“Ölkə kubokundan bizi “Neftçi” kənarlaşdırmışdı. Bu oyunda qalib gələrək, kubokdakı məğlubiyyətin əvəzini “Neftçi”dən ikiqat çıxdıq. Açığı, kubokun yarımfinalında hardasa bəxtimiz gətirmədi. Artıq hər şey arxada qaldı, biz indi qarşıdakı oyunları fikirləşirik. Əslində “Qarabağ”ın xal itirməsi də hamımızı motivasiya etdi. Çümpionluq şansımız var və sona qədər mübarizə aparacağıq.
 
Növbəti tur bizi “Qəbələ”ylə səfərdə çətin oyun gözləyir. Onlar da 10 oyundur ki, məğlub olmurlar. “Qəbələ”yə qalib gəlsək, onda çempionluq oyunun açarı öz əlimizdə olacaq. Hər şeyə “Qarabağ”la qarşılaşmada aydınlıq gələcək”.

Xəbər xətti